"Bununla kifayətlənmək istəmirik" - "Qəbələ"dən

25 Dekabr 2021 23:40 Qəbələ 1 161
"Bununla kifayətlənmək istəmirik" - "Qəbələ"dən

"Mövsüm ilk dövrəsi barəsində, ancaq xoş sözlər demək olar".

Bunu Sportinfo.az-a açıqlamasında "Qəbələ"nin müdafiəçisi Urfan Abbasov deyib.

Bölgə klubu gözləntilərin əksinə olaraq, çox uğurlu mövsüm keçirir. Abbasov arxada qalan 14 turda belə çıxışın səbəbini bir neçə amillə bağlayıb: "Fikrimcə, birinci növbədə sağlam kollektivimiz var. Bu da öz sözünü oyunlarda göstərirdi. Təbii ki, məşqçilər korpusunun işini də qeyd etmək lazımdır. Bundan başqa legioner oyunçularımızın keyfiyyəti də oyunlara önə çıxdı".

Təcrübəli oyunçu hazırkı nəticələrlə kifayətlənmək fikrində olmadıqlarını da sözlərinə əlavə edib: "Amma biz bununla kifayətlənmək istəmirik. İkinci dövrənin çox ağır keçəcəyini bilirik. Bəzi oyunlarda çətinliklərimiz oldu. Bu, onu göstərir ki, hələ öyrənəcək çox şeyimiz var. İnanırıq ki, bundan da yaxşı olmağa qadir komandamız var".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti