Üç ölkədən təklif alan "Qəbələ"li bombardir qərarını "Sportinfo"ya açıqladı

24 Dekabr 2021 17:40 Qəbələ 2 112
Üç ölkədən təklif alan "Qəbələ"li bombardir qərarını "Sportinfo"ya açıqladı

"Bəli, ölkə xaricindən bir neçə təklif almışam".

Bunu Sportinfo.az-a açıqlamasında "Qəbələ"nin hücumçusu Ülvi İsgəndərov deyib.

Amma bölgə klubunun bombardiri qış fasiləsində edilən təklifləri dəyərləndirməyi düşünmür.

O, belə qərar verməsinin səbəblərini isə bu cür izah edib: "Təklif göndərən klublar Kipr, Yunanıstan və Türkiyə təmsilçiləridir.

Amma indiki məqamda getməyi düşünmədiyim üçün heç biri ilə danışıq aparmadım. Qərara gəldim ki, bu barədə mövsümün sonu fikirləşərəm.

İndiki durumda "Qəbələ"ni də tərk etmək istəmirəm. Məncə, bu, doğru qərar olmazdı".

"Qəbələ" qış fasiləsinə 2-ci pillədə yollanıb. Komandanın bombardiri olan 24 yaşlı forvard isə arxada qalan 14 turda 5 dəfə adını tabloya yazdırmağı bacarıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti