"Qəbələ" bu SENSASİYAya necə imza atdı? - VİDEO

24 Dekabr 2021 00:50 Qəbələ 1 225
"Qəbələ" bu SENSASİYAya necə imza atdı? - VİDEO

Cari mövsümün ən böyük sensasiyası "Qəbələ"dir.

Kimsənin ciddiyə almadığı əyalət təmsilçisi Premyer Liqanın geridə qalan 14 həftəsində bütün proqnozları alt-üst etdi.

Maliyyə və heyət sarıdan ciddi problem yaşayan kollektivin turnir cədvəlinin dibinə "dəmir" atacağı təxmin edilirdi, əks oldu – ilk 2 dövrədən sonra ikinci sırada yer alıblar.

7 qələbə qazanan, 5 heç-heçəyə imza atan və cəmi 2 məğlubiyyət alan komandanın aktivindəki xalın sayı 26-dır.

Elmar Baxşıyevin çalışdırdığı "qırmızı-qaralar" vurduqları və buraxdıqları qolların sayında yalnız "Qarabağ"dan geri qalır.

Sportinfo.az "Qəbələ"nin mövsümün ilk yarısında vurduğu bütün qolların videosunu təqdim edir.


Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti