Rumınlar “Qəbələ”ni seçdi

23 Dekabr 2021 14:40 Qəbələ 1 383
Rumınlar “Qəbələ”ni seçdi

“Qəbələ” yanvarın 6-da bir araya gələcək.

Öncə Bakıda yığışacaq əyalət təmsilçisi ayın 15-də Türkiyəyə yollanacaq.

Elmar Baxşıyevin çalışdırdığı kollektiv 10 gün Antalyanın Belek bölgəsində məskunlaşacaq və 3 yoxlama görüşündə qüvvəsini sınayacaq. Artıq sparrinqlərdən birinin adına aydınlıq gəlib.

“Qırmızı-qaralar” Rumıniyadan “Krayova-1948“ ilə üz-üzə gələcək. Digər iki komanda qarşıdakı günlərdə məlum olacaq.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti