"Qəbələ"dən getdi, kitab yazdı, 1 saata satıb qurtardı - FOTO

23 Dekabr 2021 01:00 Qəbələ 749
"Qəbələ"dən getdi, kitab yazdı, 1 saata satıb qurtardı - FOTO

"Qəbələ"nin sabiq baş məşqçisi Roman Qriqorçukun avtobioqrafik kitabı işıq üzü görüb.

Sportinfo.az xəbər verir ki, bu barədə 56 yaşlı ukraynalı mütəxəssisin özü "meta-ratings" saytına müsahibəsində deyib.

O, "Üç ölkənin çempionu" adlı kitabının 1 000 tirajla çap olunduğunu və bir gündə satılıb qurtardığını bildirib.

Qriqorçuk öz kitabında məşqçilik karyerasının Azərbaycan dövrünə də yer ayırıb.

Roman Qriqorçuk 2015 - 2018-ci illərdə "Qəbələ"yə başçılıq edib. Təcrübəli mütəxəssis Latviyanın "Ventspils", Qazaxıstanın "Astana" və Belarusun "Şaxtyor" (Soliqorsk) komandalarının sükanı arxasında ölkə çempionluğunu qazanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti