Azərbaycan Premyer Liqasında qış fasiləsinə bir neçə gün əvvəl start verilib.
Artıq klublar futbolçuları istirahətə buraxıb. Mövsümün qalan bölümünün hazırlığına isə növbəti ilin əvvəli start veriləcək.
Kimisi ölkə xaricinə, kimi də burda qalmağa üstünlük verəcək. Ölkədə qalacağı ehtimal edilən klublarda biri də "Qəbələ"dir.
Mövsümün surpriz çıxışını sərgiləyən bölgə klubu maliyyə probleminə görə bu addımı atmağa məcburdur.
Komandanın harada toplanış keçəcəyi hələ dəqiqləşməsə də, heyətdəki zədəlilərlə bağlı vəziyyətə aydınlıq gəlib.
Belə ki, mövsümün əvvəlində ciddi zədə alaraq komandadan uzaq düşən və Almaniyada əməliyyat oluna Rüfət Əhmədov təlim-məşq toplanışında komanadaya qoşula biləcək.
Amma eyni sözləri Yaovi Akakpo haqqında demək olmaz. Toqoli legioner daha gec əməliyyat olunduğu üçün onun qayıdışı bir qədər gec baş tutacaq.
SPORTİNFO.AZ

