“Qəbələ”nin yeni baş menecerinin kimliyi dəqiqləşib.
Klubun Futbol Akademiyasında rəhbər postunu tutan Nail Kərimov həm də baş menecer funksiyasını icra edəcək.
O, həm əsas komandanın, həm də akademiyanın fəaliyyətinə nəzarət edəcək.
Karyerasına idman jurnalisti kimi başlamış Nail Kərimov uzun illərdir ki, “Qəbələ”də çalışır. O əvvəl klubun mətbuat katibi, daha sonra akademiyanın direktor müavini və rəhbəri postunda çalışıb.
N.Kərimovun əsas işi gələn ilin yayından başlayacaq. Çünki komadada olan futbolçuların mövsümün sonunadək müqaviləsi var və qış fasiləsində ciddi dəyişiklər gözlənilmir.
O, əsasən nizam-intizam məsələlərinə diqqət yetirəcək.
SPORTİNFO.AZ

