“Qəbələ”nin gündəmini yenicə “zəbt edən” 2 legioner

18 Dekabr 2021 14:40 Qəbələ 1 535
“Qəbələ”nin gündəmini yenicə “zəbt edən” 2 legioner

Premyer Liqanın ilk iki dövrəsində ciddi uğur qazanan “Qəbələ” heyətini bir qədər də gücləndirməyi qarşısına məqsəd qoyub.

Qış fasiləsinə kimi 26 xal toplayan əyalət təmsilçisi 2 legioneri diqqət mərkəzinə alıb.

İkinci pillənin sahibinin danışıqlar apardığı əcnəbi futbolçulardan biri müdafiəçi, digəri isə dayaq yarımmüdafiəçisidir.

Hazırda müqavilə ilə “qırmızı-qaralar”a bağlı olan legionerlərin sayı 7-dir.

Elmar Baxşıyev onların hamısından razıdır, bircə Stefan Vukçeviçdən başqa. Baş məşqçi sözləşməsi gələn ilin yayında bitəcək monteneqrolunu vaxtından əvvəl komandadan göndərmək istədiyi haqda rəhbərliyi məlumatlandırıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti