Azərbaycan Premyer Liqasında qış fasiləsinə bu gündən start verildi.
Bir qədər istirahətdən sonra klublar mövsümün qalan bölümü üçün təlim-məşq toplanışına start verəcək. Artıq bəzi klubların ölkə xaricinə gedəcəyi və oradakı hazırlıq proqramı da hazırdır.
Amma eyni sözləri mövsümü əla keçirən və hazırda turnir cədvəlində yalnız "Qarabağ"ı özündən irəli buraxan "Qəbələ" haqqında demək olmaz.
Bölgə klubunda qeyri-müəyyənlik davam edir. Ölkə xaricinə getməmək ehtimalı isə daha yüksəkdir. Bu isə baş məşqçi Elmar Baxşıyevi narahat edir.
Düzdü, komanda yay fasiləsindəki hazırlığını da Bakıda keçmişdi. Rəhbərlik də düşünə bilər ki, Bakıda olan hazırlıqla qışa kimi yaxşı performans sərgiləmək mümkün olubsa, deməli, eyni uğuru təkrar etmək olar.
Amma Baxşıyev bu dəfə fərqli düşünür və durumdan çox narahatdır. Gənc mütəxəssis budəfə hazırlığın ölkədə keçirilməməsinin komandanın çıxışına mənfi təsir edəcəyi qənaətindədir. Komanda ritimdən düşə və bura qədərki əziyyəti də boşa çıxa bilər.
Ona görə də rəhbərlikdən xahişi bütün mümkün varinatlardan istifadə edib, təlim-məşq toplanışı üçün ölkə xaricinə getməkdir. Hətta bu istək yeni transferlərin olunmasından belə önəmlidir. Rəhbərlik isə hələ də yekun qərarını verməyib. Necə olacağına isə yəqin ki, yaxın günlərdə aydınlıq gələcək.
SPORTİNFO.AZ

