Xəbər verdiyimiz kimi, Zaur Əzizov “Qəbələ”nin baş meneceri vəzifəsindən ayrılıb.
O, bundan sonra “Neftçi” rəhbərliyində təmsil olunacaq.
Əyalət klubu onun yerini kiminlə dolduracaq? Hələlik 3 namizəddən söhbət gedir.
Onların üçü də “Qəbələ”yə bağlı simalardır. İki il öncə komandanın rəisi postundan ayrılan, hazırda menecer kimi faəliyyət göstərən Səbuhi Səfiyarlının yenidən geri qayıtmaq şansı var.
Həmçinin akademiyanın direktoru Nail Kərimov və klubun digər idman növləri üzrə məsul şəxsi Səbuhi Qarayevin adı çəkilir.
Düzdür, N.Kərimov bir addım öndə görünür, ancaq yenə də rəsmi qərarın verilməsini gözləməliyik.
Hər halda son anda başqa namizədlərin də ortalığa çıxması istisna edilmir.
Klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev də saytımıza açıqlamasında bildirib ki, yeni qərarlar rəsmi sayt vasitəsilə ictimaiyyətə açıqlanacaq.
SPORTİNFO.AZ

