“Neftçi”yə badalaq vurdu, razı qaldı: “Hər şeyi eləmişik, məğlub olmuşuq"

15 Dekabr 2021 18:50 Qəbələ 950
“Neftçi”yə badalaq vurdu, razı qaldı: “Hər şeyi eləmişik, məğlub olmuşuq"

“Son oyunumuz idi. Çətin olacağını bilirdik".

Sportinfo.az xəbər verir ki, bunu “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının XIV turunda “Neftçi” ilə keçirilən oyunu dəyərləndirərkən deyib.

41 yaşlı mütəxəssis 1:1 hesabı ilə yekunlaşan qarşılaşmanın ardından mətbuat konfransında təəssüratlarını bölüşüb.

O, fikrini bu sözlərlə davam etdirib: “Neftçi" iddialı komandadır. Hər iki komanda açıq futbola üstünlük verdi. Bu üzdən maraqlı mübarizə izlədik.

Birinci hissədə üstünlük bizdə idi. Amma ikinci hissə rəqibin üstünlüyü ilə keçdi. Ümumi götürdükdə komandanın çıxışından razı qaldım.

Bu gün aktivimizə 1 xal yazdırdıq. Amma elə oyunlar olub ki, hər şeyi eləmişik, məğlub olmuşuq".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti