“Neftçi”dən söz düşdü, “boğazdan yuxarı danışmaq istəmirəm” dedi

15 Dekabr 2021 16:00 Qəbələ 1 257
“Neftçi”dən söz düşdü, “boğazdan yuxarı danışmaq istəmirəm” dedi

Bu gün Azərbaycan Premyer Liqasında XIV tura start veriləcək.

Mövsümün ilk yarısının son turunun ilk günündə iki oyun keçiriləcək.

Bakıdan kənarda baş tutacaq qarşılaşmalar dörd komanda üçün 2021-ci ilin son sınağı olacaq. Öncə liderlər qrupunda yer alan “Qəbələ” və “Neftçi” üz-üzə gələcək.

Qış fasiləsinə ikinci yollanacağı dəqiqləşən meydan sahibləri mövqeyini daha da möhkəmlətməyə çalışacaq. Son çempion rəqibi ilə xal fərqini azaltmaq və üçüncü sıraya yüksəlmək üçün qalib gəlməlidir.

Maraqlıdır, son çempionla dueldə “Qəbələ”nin məqsədi nədir? Hansı nəticə onları qane edəcək? “Ağ-qaralar”ın qeyri-sabit təsir bağışlaması qəbələlilərin işini asanlaşdırırmı?

Əyalət təmsilçisinin xorvatiyalı yarımmüdafiəçisi Stefan Vukçeviçin Sportinfo.az-ın əməkdaşına cavabını dinləyək:

“Doğma azarkeşlərimiz önündə oynayacağıq. İlk növbədə əsas məqsədimiz “Neftçi”yə qarşı layiqli və mübariz oyun göstərməkdir.

Matça hazırlığa qədər olan müddətdə məşqlərdə əlimizdən gələni etməyə çalışacağıq. Məşqçilər heyətinin verdiyi tapşırıqları diqqətlə dinləmək, meydanda yerinə yetirmək lazımdır.

Nəticəyə gəlincə, boğazdan yuxarı danışmaq istəmirəm. Bizə sərf edən nəticəni əldə etmək üçün meydanda canımızı qoyacağıq. İstirahətə müsbət əhval-ruhiyyədə getmək istəyirik”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti