Uğurlu mövsüm keçirən "Qəbələ"nin hazırda əsas problemi heyətin kasad olmasıdır.
İlk onbiriyi böyük çətinlik bahasına düzəldən Elmar Baxşıyev üçün zədə və və cəzalılar olduğu zaman daha ciddi problem yaşanır.
Boşluğu nisbətən aradan qaldırmaq üçün bir müddət əvvəl əvəzedici komandadan gənc afrikalı Munaçi Okvara əsas komandaya dəvət olunmuşdu.
O, hətta "Neftçi" ilə yoxlama matçında Baxşıyev tərəfindən oynamaq şansı qazanmışdı.
Amma gənc afirkalı ümidləri doğrultmadığı üçün yenidən əvəzedici komandaya qaytarılıb.
Belə ki, baş məşqçi onun məşqlərdə və "Neftçi" ilə yoxlama oyununda göstərdiyi performansdan narazı qalıb və səviyyəsinin indiki durumda əsas komandanı gücləndirəcək səviyyədə olmadığı qərarına gəlib.
Amma əvəzedici komandaya göndərilən oyunçuya gələcəkdə yenidən şans verilməsi planlaşdırılır. Əgər üzərində daha çox işləsə və artırsa.
SPORTİNFO.AZ

