Braziliyalı müdafiəçi “Neftçi” yolunda – Bir məsələ qaldı

13 Dekabr 2021 14:40 Qəbələ 2 324
Braziliyalı müdafiəçi “Neftçi” yolunda – Bir məsələ qaldı

“Neftçi”nin transfer siyahısında yeni ad peyda olub.

Bu mövsümdən “Qəbələ”nin formasını geyinən Renato Ruan “ağ-qaralar”ın ciddi maraq dairəsindədir.

Bakılılar yayda əyalət təmsilçisi ilə 1+1 illik müqavilə imzalamış braziliyalını qış fasiləsində yox, yayda düşərgəsinə cəlb etməyi planlaşdırıb.

“Qəbələ” ilə Renato arasında anlaşmaya əsasən, müqavilənin ikinci hissəsinin qüvvəyə minib-minməyəcəyi mövsümün sonunda məlum olacaq.

Bu da tərəflərin irəli sürəcəyi şərtlərdən asılıdır. Sövdələşməyə görə, “Qəbələ” 27 yaşlı müdafiəçinin çıxısından razı qalarsa, onun əməkhaqqısını ikiqat qaldırmalıdır.

Belə olan halda, cənubi amerikalı legionerə 10 min dollardan artıq maaş ədənilməlidir. “Qırmızı-qaralar”ın maliyyə durumunu nəzərə alsaq, çətin ki, Renatonun tələbi yerinə yetirilsin.

Bura gələnə kimi arxa xətt oyunçusunun son klubu Braziliya təmsilçisi “Ponte Preta” olub.

Renato daha öncə vətənində “Santa Rita” (2015), “Quaratinqueta” (2015-18), “Yuventud” (2016-17, icarə əsasında), “Vitoriya” (2018-20), “Fiqueyrense” (2019, icarə əsasında), “Botafoqo” (2020, icarə əsasında), həmçinin Avstriyanın “Austriya” (2017-18, icarə əsasında) klublarında da çıxış edib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti