"Saxladıq və gücləndik"

12 Dekabr 2021 16:40 Qəbələ 673
"Saxladıq və gücləndik"

“Qəbələ”nin baş meneceri Zaur Əzizov komandanın cari mövsümki çıxışını dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, o, Premyer Liqanın ikinci pilləsində yer almaqlarının səbəbini bu cür açıqlayıb:

"Son turda "Zirə" ilə həyəcanlı və gərgin oyun keçirdik. Qələbə qazandığımıza görə şadam. Futbolçularımızdan bu cür əzmkarlıq və mübariz oyunu gözləyirdik.

Elə bunun nəticəsində keyfiyyətli oyunun nəticəsində önəmli qələbə qazandıq. Mövsümün ilk hissəsinin sonuna doğru gedirik. Qələbə çox önəmliydi.

Bu mövsümki oyunumuza görə futbolçulara böyük təşəkkür düşür. İşlərinə ciddi yanaşırlar. Futbolçular həm məşqdə, həm oyunda maksimum gücünü qoyur.

Sözsüz ki, futbolçuları oyuna hazırlayan məşqçilər korpusu da böyük iş görür. Ötən mövsüm də yaxşı oyunlarımız olurdu, sadəcə, sonluğu çatdıra bilmirdik.

Halbuki sona 4-5 tur qalmış avrokubok şansımız da var idi. “Sumqayıt” matçından sonra isə şansımız minimuma enmişdi. Ondan sonra komanda enişə getdi.

Ötən mövsümlə müqayisədə, bu mövsüm legionerləri saxladıq və daha da gücləndik. Bundan əvvəl isə məcburi olaraq legionerlər gedirdi, başqası gəlirdi”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti