FOTO - “Qəbələ”li İmran Azərbaycan çempionu oldu

12 Dekabr 2021 18:20 Qəbələ 978
FOTO - “Qəbələ”li İmran Azərbaycan çempionu oldu

“Qəbələ” İdman Klubunun daha bir cüdoçusu Azərbaycan çempionu olub.

Sportinfo.az xəbər verir ki, klubun Qəbələ rayon bölməsinin yetirməsi İmran Yusifov +100 kq çəki dərəcəsində ölkə çempionu adını qazanıb.

Rafael Şahverdiyev və Cəfər Əkbərlini məğlub edən cüdoçu yarımfinala yüksəlib. Bu mərhələdə Şahin Qəhrəmanova qalib gələn Yusifov həlledici görüşdə Camal Feyziyevi üstələyib.

Bununla da fəxri kürsünün ən yüksək pilləsinə qalxan İmran Qəbələ rayonunun ölkə çempionu adına yiyələnən ilk cüdoçusu olub.

Klubun Bakı bölməsinin cüdoçusu Kəramət Hüseynov da qızıl medal qazanıb. Bununla da “Qəbələ” təmsilçiləri kişi cüdoçuların mübarizə apardığı 7 çəki dərəcəsindən ikisində ən güclü olublar.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti