Premyer Liqanın pley-off oyununa aid MƏLUMAT

01:00 Qəbələ 97
Premyer Liqanın pley-off oyununa aid MƏLUMAT

Misli Premyer Liqasına vəsiqə uğrunda pley-off oyununun nominal meydan sahibinin müəyyənləşdirilməsi məqsədilə püşkatma mərasimi keçirilib.

Sportinfo.az xəbər verir ki, bu barədə PFL məlumat yayıb.

Mərasimdə Peşəkar Futbol Liqasının, Premyer Liqanın 11-cisi “Qəbələ”nin və I Liqanın son turunda 2-ci yeri tutan “Mingəçevir”in nümayəndələri iştirak ediblər.

Püşkatmaya əsasən “Qəbələ” nominal meydan sahibi olub.

PFL-in qərarına əsasən, Premyer Liqa uğrunda pley-off oyunu 28 may tarixində Sumqayıtdakı “SOCAR Polymer Arena”da keçiriləcək.

Görüş saat 18:30-da start götürəcək və “CBC Sport” telekanalı ilə canlı yayımlanacaq. Oyunda VAR sistemi tətbiq ediləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA