Premyer Liqa klubunun rəhbərliyinə onu məsləhət görürlər

29 Aprel 2022 12:00 İngiltərə 610
Premyer Liqa klubunun rəhbərliyinə onu məsləhət görürlər

“Monako”nun idman direktoru Pol Miçel “Mançester Yunayted”də işləyə bilər.

Sportinfo.az xəbər verir ki, “qırmızı şeytanlar”ın müvəqqəti baş məşqçisi Ralf Ranqnik və 2022/23 mövsümündən komandaya rəhbərlik edəcək Erik ten Haq Miçellə işləməkdə maraqlıdır.

Hər iki məşqçi Miçeli “Mançester Yunayted”in texniki direktoru vəzifəsinə tövsiyə edir. Bununla yanaşı, Mançester klubunun bir sıra qərarverici şəxsləri Miçelin təyinatını dəstəkləmir.

Miçel 2020-ci ilin iyun ayından “Monako”nun idman direktorudur. 40 yaşlı ingilis futbol funksioneri “Sauthempton”, “Tottenhem” və “Leyptsiq”də iş təcrübəsinə malikdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti