“Çelsi”nin sabiq baş məşqçisi Enzo Mareska “Mançester Siti”də Pep Qvardiolanın mümkün əvəzləyicisi kimi göstərilir və artıq transfer planları qurmağa başladığı bildirilir.
Sportinfo.az “Transfer News Live”-ə istinadən xəbər verir ki, italiyalı mütəxəssis Mark Kukurella (“Çelsi”nin müdafiəçisi) ilə yenidən bir komandada işləmək istəyir.
Onlar əvvəl “Çelsi”də birlikdə çalışıblar.
Mənbənin iddiasına görə, Mareska sol cinah müdafiəçisinin oyunundan çox məmnundur və onu “Mançester Siti”də görmək istəyir.
İspaniya millisinin üzvü ilə “Çelsi” arasındakı müqavilənin müddəti 2028-ci ilin yayına qədərdir. “Transfermarkt” onun bazar dəyərini təxminən 50 milyon avro olaraq qiymətləndirir.
Bundan əlavə, 27 yaşlı futbolçunun adı son günlər “Barselona” ilə də hallanır.

