Premyer Liqada doqquz qol vurdu, müqaviləsi və maaşı artırıldı

22 May 09:40 Qəbələ 1 379
Premyer Liqada doqquz qol vurdu, müqaviləsi və maaşı artırıldı

Domi Massumo növbəti mövsümü də Azərbaycanda keçirəcək.

“Qəbələ” konqolu ilə yeni müqavilə şərtlərini razılaşdırıb.

“Qırmızı-qaralar”la anlaşan 23 yaşlı yarımmüdafiəçi sonradan müddəti artırılmaq şərtiylə 2 illik anlaşmaya imza atıb.

Domi Massumo 2024-cü ilin yayından - “Qəbələ” birinci liqada çıxış edərkən burada forma geyinir.

Cari mövsüm Premyer Liqada 32 matçda iştirak edən, 9 qol və 2 məhsuldar ötürmə ilə komandanın bombardirləri siyahısında yer alan afrikalı artıq daha rahatdır.

Çünki uzatdığı kontraktın xeyrini o, öz cibində hiss edəcək. Əyalət təmsilçisi Dominin əməkhaqqısında artıma gedib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
3 Sentyabr 19:10 "Zirə" yen transfer etdi
3 Sentyabr 18:10 Çək və bizə göndər!
3 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM