Premyer Liqanın son aylarındakı uğursuz çıxış «Qəbələ» rəhbərliyini qayğılandırıb.
Ard-arda gələn məğlubiyyətlərdən bezən Fariz Nəcəfov klubdaxili toplantı keçirib.
Prezident bu tədbirdə Kaxaber Sxadadzenin başçılıq etdiyi məşqçilər korpusundan və bəzi futbolçulardan narazılığını açıq formada dilə gətirib.
O, gürcüstanlı çalışdırıcının ümidərini doğrultmadığını söyləyib, misal kimi ötən müddətdə komanda daxilində yaşanan bəzi qalmaqalları misal çəkib.
Bildirib ki, qonşu ölkədən olan mütəxəssis ona yaradılan imkandan pis yararlanıb, oyunçularla düzgün münasibət qurmayıb, bu səbəbdən, bütün planlar pozulub.
Uzun illərdir ölkə futboluna xidmət göstərən və klubun inkişafı üçün əlindən gələni əsirgəməyən F.Nəcəfov xatırladıb ki, onlarda olan imkan «Şamaxı», «Karvan», «İmişli» və «Kəpəz»də yoxdur, amma «Qəbələ» turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.
Premyer Liqada qalmaq üçün I Liqanın ikincisi ilə pley-off matçı keçirməyi dözülməz hal sayan başqan qeyd edib ki, iyunda düşərgədə ciddi islahatlar aparacaq.
SPORTİNFO.AZ

