Dünyada anoloqu olmayan komanda Azərbaycanda - Futbolçular onu döymək istəyirsə...

10:40 Qəbələ 196
Dünyada anoloqu olmayan komanda Azərbaycanda - Futbolçular onu döymək istəyirsə...

«Qəbələ»nin nəinki Azərbaycanda, yəqin ki, dünyada da anoloqu yoxdur.

Təkrarsız komandadır.

Oyunu ilə nəticəsi tamamilə ziddiyət təşkil edən tək komandaya «Qəbələ» deyilir.

Meydana baxırsan, elə bilirsən avrokuboklar uğrunda mübarizə aparırlar.

Axırda başını yuxarı qaldırıb tabloya baxırsan, görürsən ki, yox, bu, «ölüm-qalım» savaşının ortasında qalan komandadır.

Kor-peşman olursan. Gördüklərinə inana bilmirsən.

Axı bu, necə olur?

Necə olacaq, elə-belə.

Amma əlbəttə, futbolda heç nə elə-belədən olmur.

Gözəgəlimli, anlaqlı, sürətli, əlqərəz, baxımlı oyun sərgiləyən «Qəbələ» həftələrdir turnir cədvəlinin pley-off xəttinin üzərində ilişib qalıb, deməli, baş məşqçi futbolçularla yola getmir,

Turan Manafovun Kaxaber Sxadadzenin söyüşünə söyüşlə cavab verməsi, onun üzərinə yeriməsi «Qəbələ»nin komanda olmamasının xəbərçisi, eyni zamanda, düşərgədəki gərgin ab-havanın göstəricisidir.

O hadisə haqda eşitməsəydik, biz də mövcud vəziyyətə təəccüblənərdik.

Çalışdırıcısına əl qaldırmaq istəyən futbolçuların çoxluq təşkil etdiyi “Qəbələ” “uğursuzluq zolağından çıxmalıdır” deyirsiz? Niyə də, niyə?

ELNUR

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti