Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadənin çıxış etdiyi “Kolumbus Kru” MLS-də növbəti oyuna çıxıb.
Sportinfo.az xəbər verir ki, komanda 15-ci turda öz meydanında “Atlanta” ilə qarşılaşıb.
Matç “Kolumbus Kru”nun qələbəsi ilə başa çatıb – 2:0.
Nəriman bu görüşün iştirakçısı olmayıb. O, sona qədər ehtiyatda qalıb.
22 yaşlı futbolçu ötən tur da ehtiyatda qalmışdı.Ancaq ötən həftə ABŞ Kubokunun 1/4 finalında “Nyu York Siti” görüşdə 64 dəqiqə meydanda olan forvard komandasının yeganə qolunun ötürməsini etmişdi.
“Kolumbus Kru” Şərq Konfransında 15 turdan sonra 16 xalla 10-cu sıradadır.
"Kolumbus Kru" - "Atlanta" 2:0
Qollar: Banqura, 24, Rossi, 45+2

