“Əgər mən istədiyim şərtlər, istədiyim tələblər olarsa, komandada qalacam”

00:40 Hadisə 115
“Əgər mən istədiyim şərtlər, istədiyim tələblər olarsa, komandada qalacam”

Sportinfo.az xəbər verir ki, “Karvan-Yevlax”ın baş məşqçisi Fizuli Məmmədov Misli Premyer Liqasının 33-cü turunun “İmişli” ilə görüşündən (1:1) sonra keçirilmiş mətbuat konfransında sualları cavablandırıb.

- Oyunun turnir cədvəli baxımından mahiyyəti yox idi. Amma futbolçular qalib gəlmək istəyirdilər, meydanda yaxşı mübarizə gördük. Mövsümü bitirdik, ağır yol keçdik. Təəssüflər olsun ki, komandamız I Liqaya yuvarlandı. Futbolçular meydanda əziyyət çəkdilər. Bütün mövsümə görə, futbolçularıma çox sağol deyirəm. Əziyyətə olan hər kəsə minnətdaram. Baxmayaraq ki, istədiyimizə nail ola bilmədik. Amma artıq mövsüm bitdi, hər bir futbolçuya uğurlar arzulayıram.

- Yeni mövsüm komandada qalacaqsız? Qalsanız, heyətlə bağlı kütləvi dəyişikliklər olacaq?

- Çox istəyirəm ki, I Liqaya düşsək də, orada iddialı olaq və yenidən Premyer Liqaya geri qayıdaq. Yəqin ki, sabah rəhbərliklə bu yöndə görüşümüz olacaq. Təbii ki, əgər mən istədiyim şərtlər, istədiyim tələblər olarsa, komandada qalacam. Bəli, bu komandada yaxşı futbolçular var ki, bizə I Liqada da kömək edə bilərlər. Şərtlər yaxşı olarsa, futbolçularla danışarıq, onlar komandada qalar. Amma öncəlik rəhbərliyin istəyidir.

- Sizin özünüzə təkliflər var?

- Öncə hazırkı klubumla danışacam. Rəhbərliklə sabah görüşəcəyik. Görüşümüzdən çox şey asılıdır. Ondan sonra digər məsələlərə qayıdacağıq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA