Dörd qat dünya çempionu Premyer Liqa oyununda - FOTO

24 May 18:35 Hadisə 1 677
Dörd qat dünya çempionu Premyer Liqa oyununda - FOTO

Premyer Liqanın sonuncu turunda “Qəbələ” doğma meydanda “Şamaxı”nı qəbul edib.

Ev sahiblərinin 3:1 hesabıyla qələbə qazandığı görüşü VİP-lojada izləyənlər arasında tanınmış idmançı yer alıb.

Bu, yunan-Roma güləşi üzrə 4 qat dünya, 2 qat Avropa çempionu Eldəniz Əzizlidir.

Futbolla yaxından maraqlanan Eldəniz Qəbələ stadionuna tək yox, azyaşlı oğlu ilə təşrif buyurub.

Maraq üçün bildirək ki, titullu güləşçi tanınmış futbol məşqçisi Şahid Diniyevin bacısı oğludur.

Üstəlik, “Qəbələ” - “Şamaxı” oyununun hakim-inspektoru olan Ramil Diniyevin də yaxın qohumudur. Elə matçı da yanaşı izləyiblər.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
28 Avqust 18:10 Çək və bizə göndər!