“Qəbələ”dən “toy”dan sonra nağara - VİDEO

22 May 00:30 Qəbələ 594
“Qəbələ”dən “toy”dan sonra nağara - VİDEO

Azərbaycan Premyer Liqasında sonuncu - XXXIII tura start verilib.

Sportinfo.az xəbər verir ki, turun açılış matçında “Qəbələ” “Şamaxı”nı qəbul edib.

Qəbələ şəhər stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Baş hakim Kamranbəy Rəhimovun idarə etdiyi görüşdə “Qəbələ”nin qollarını Seydina Keyta (4), Domi Massumo (33) və Nicat Əliyev (36) vurublar. “Şamaxı”nın yeganə qoluna isə Karim Rossi (15) imza atıb.

Bu nəticədən sonra “Qəbələ” 27 xalla 11-ci, “Şamaxı” isə 38 xalla 8-ci pillədə qərarlaşıb.

“Qəbələ” – “Şamaxı” 3:1

Digər Xəbərlər
Xəbər Lenti
3 Sentyabr 19:10 "Zirə" yen transfer etdi
3 Sentyabr 18:10 Çək və bizə göndər!
3 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM