“Qəbələ” üçün həyatın vacib bir anı... VİDEO+FOTOREPORTAJ

11 Dekabr 2021 16:20 Qəbələ 737
“Qəbələ” üçün həyatın vacib bir anı... VİDEO+FOTOREPORTAJ

Azərbaycan kubokunda 2021/22 mövsümünə start verilib.

“Qəbələ” 1/8 finalda MOİK-lə qarşılaşıb.

I Divizion təmsilçisi ilə qarşılaşma səfərdə baş tutub.

“Dalğa Arena”dakı görüş Elmar Baxşıyevin yetirmələrinin üstünlüyü ilə keçib.

Matçın əvvəlində rəqib qapısına təzyiq edən komanda yaratdığı imkanlardan istifadə edə bilməyib. Əks-hücumlara bel bağlayan meydan sahibləri azsaylı həmlələrin birində hesabı açıblar.

“Qəbələ” yalnız fasilədən sonra hücumlarının bəhrəsini görüb. Təşəbbüsə malik komanda cərimə zərbəsindən sonra fərqlənib.

Rövlan Muradov standart vəziyyətdən növbəti qoluna imza atıb. Hesabı bərabərləşdirən “qırmızı-qaralar” cütün taleyini həll etmək üçün böyük qüvvə ilə hücumlar qurub.

Amma qonaqlar yalnız görüşün sonlarında istəyinə çatıb. Ülvi İsgəndərov qələbə qolunun müəllifi olub. 2:1 hesablı qələbə qazanan “Qəbələ” 1/4 finala yüksəlib.

“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev: "Düşündüyümüzdən də ağır oyun alındı. Çalışdıq ki, “Zirə” ilə matçdan sonra heyətdə bir az rotasiya edək və az oynayan futbolçulara şans verək.

Düşünürəm ki, ümumi götürəndə I divizion komandaları ilə fərq hiss olunmur. Oyun da bunu göstərdi.

Ümumilikdə, komandamız ikinci hissədə daha məzmunlu, daha dinamik çıxış etməyə çalışdı və layiqli qələbə qazandı".

MOİK – “Qəbələ” – 1:2

Dalğa Arena, 50 tamaşaçı

Baş hakim: Fərid Hacıyev

Baş hakimin köməkçiləri: Kamran Bayramov, Rahil Ramazanov

Dördüncü hakim: Namiq Bəkirov

Hakim-inspektor: Zöhrab Qədiyev

AFFA nümayəndəsi: Maşallah Əhmədov

Sarı vərəqələr: İsa Zeynallı, 26 (qeyri-idman hərəkəti); Said Əliyev, 37 (qeyri-idman hərəkəti); Elmir Rəhimzadə, 39 (qeyri-idman hərəkəti); İlham Allahverdiyev, 53 (qeyri-idman hərəkəti) // Kamal Mirzəyev, 32 (qeyri-idman hərəkəti); Hüseyn Mürsəlov, 41 (qeyri-idman hərəkəti)

Qırmızı vərəqə: Elşən Veysov, 75 (ciddi qayda pozuntusu)

Qollar: İlham Allahverdiyev, 34 // Rövlan Muradov, 55; Ülvi İsgəndərov, 88

Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 2 dəq.

MOİK

35. Fərman Bayramov

11. İlham Allahverdiyev

(29. Elşən Veysov, 69)

33. Samir Məmmədzadə

7. Emin Mehtiyev

(50. Nurlan Məmmədov, 46)

5. Kamil Hüseynov

6. İsa Zeynallı

8. Samir Musayev

77. Elmir Rəhimzadə

(9. Elvin Nəsibov, 81)

17. Ruslan Voronsov

2. Qabil Sabirli (k)

4. Said Əliyev

Ehtiyat oyunçular:

1. Uğur İbrahimov

25. Elgün Bayramov

3. Nicat Əskərov

18. Haqverdi Həsənov

44. Samir Alıyev

21. Ruslan Ağalarov

70. Tural Nəsirov

15. Rüstəm Rüstəmov

Baş məşqçi: Asim İbrahimov

“Qəbələ”

1. Kristof Atanqana

19. Rövlan Muradov

14. Ülvi İsgəndərov

7. Ehtiram Şahverdiyev

6. Kamal Mirzəyev

(28. Murad Musayev, 46)

34. Urfan Abbasov (k)

8. Stefan Vukçeviç

4. Ruan Renato

10. Omar Hani

(11. Asif Məmmədov, 73)

77. Emil Səfərov

33. Hüseyn Mürsəlov

(5. İsnik Alimi, 46)

Ehtiyat oyunçular:

94. Nicat Mehbalıyev

36. Elməddin Sultanov

27. Məqsəd İsayev

9. Fernan Lopes

88. Gülağa Əsədov

18. Mehrac Baxşalı

20. Rauf Rüstəmli

Baş məşqçi: Elmar Baxşıyev

<

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti