"Premyer Liqa və Divizion komandaları arasında səviyyə fərqi elə də hiss olunmur"

11 Dekabr 2021 00:50 Qəbələ 631
"Premyer Liqa və Divizion komandaları arasında səviyyə fərqi elə də hiss olunmur"

"Düşündüyümüzdən də ağır oyun alındı".

Sportinfo.az xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev səfərdə MOİK-ə 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun 1/8 final matç haqda deyib.

41 yaşlı mütəxəssis bildirib ki, "Zirə"yə 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XIII tur oyunundan sonra heyətdə bəzi rotasiyalar etməyə və az oynayan futbolçulara şans verməyə çalışıblar.

Onun fikrincə, I Liqa komandaları ilə səviyyə baxımından fərq elə də hiss olunmur:

"Oyun da bunu göstərdi. Ümumilikdə komandam ikinci hissədə daha məzmunlu, daha dinamik çıxış etməyə çalışdı və layiqli qələbə qazandı".

Qeyd edək ki, "Qəbələ" 1/4 finalda "Sumqayıt"la qarşılaşacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti