"Deməzdim ki, “Neftçi”ylə oyun çətindir, digəri asan"

10 Dekabr 2021 15:00 Qəbələ 680
"Deməzdim ki, “Neftçi”ylə oyun çətindir, digəri asan"

“Zirə” üzərində qazanılan qələbədən sonra komandada ab-hava əladır.

Sağlam kollektivimiz var və hamı özünü bir ailənin içində hiss edir.

Uğurlu çıxışımızın başlıca səbəbini də bunda görürəm”.

“Qəbələ”nin legioneri Stefan Vukçeviç “Qaradağ Lökbatan” və “Neftçi” ilə oyunlardan əvvəl Sportinfo.az-a verdiyi açıqlamaya bu sözlərlə başlayıb.

Monteneqrolu yarımmüdafiəçi rəqibləri biri-birindən ayırmaq istəmədiyini deyərək, hər oyuna ciddi hazırlaşdıqlarını bildirib:

“Bəli, bu il cəmi 2 oyunumuz qalıb. Deməzdim ki, “Neftçi”ylə oyun çətindir, digəri asan.

Hər matçın öz ağırlığı, öz məsuliyyəti var. “Qaradağ Lökbatan” Birinci Divizionun lideridir və kubok mübarizəsi onlar üçün də önəmlidir.

Rəqiblərin adlarına baxmadan, hər iki oyuna 100 faiz hazır olmalıyıq ki, meydanı istədiyimiz nəticə ilə tərk edək”.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti