"Qəbələ" Premyer Liqanın 14-cü turunda "Neftçi" ilə qarşılaşacaq.
Bölgə klubu uğurlu çıxışını son çempionla matçda da davam etdirməkdə qərarlıdır.
Bunun üçün futbolçulara xüsusi tapşırıq da verilib. Belə ki, hər kəsin fikrini vacib oyuna yönəltməsi üçün onlara mətbuatla maksimum danışmamq tapşırığı verilib.
Tapşırığın daha çox gənc futbolçulara aid olduğunu da xüsusi qeyd edək.
Xatırladaq ki, "Qəbələ" - "Neftçi" qarşılaşması 15 dekabr, 16:00-da start götürəcək.
SPORTİNFO.AZ

