Hazırkı "Qəbələ"nin ən böyük fərqi bundadır - İNCƏ NÜANS

7 Dekabr 2021 22:20 Qəbələ 704
Hazırkı "Qəbələ"nin ən böyük fərqi bundadır - İNCƏ NÜANS

"Qəbələ"nin yeni mövsüm uğurlu çıxışı dillərə dastan olub.

Az büdcə, kasad heyət olmasına baxmayaraq, komanda təslim olmaq fikrində deyil.

Elmar Baxşıyevin yetirmələri hətta "Qarabağ", "Neftçi" kimi komandalara "badalaq" vurmağı da bacarır.

Bu uğurun kökündə təbii ki, çox səbəblər var. Onlardan biri də hazırda bölgə klubunda olan ailə mühitidir. Rəhbərlik, məşqçilər heyəti və futbolçular arasında böyük səmimiyyət və inam var.

Hətta bu bağlılıq o qədər irəliləyib ki, hansısa braziliyalı "Qəbələ" üçün zədəli halda meydana çıxıb, sağlamlığını təhlükəyə atmağa hazırdır.

Söhbət Rəfael Utriqdən gedir. Belə ki, "Zirə" ilə oyundan əvvəl legioner futbolçunun oynamamasına səbəb olacaq səviyyədə ciddi zədəsi varmış. Hətta həkimlər də onun meydana çıxmasını məsləhət bilməyib.

Elmar Baxşıyev də yaranmış bütün çətinliklərə rəğmən riskə getməyin tərəfdarı deyilmiş. O, hücumçunu kənarda saxlmağa hazırlaşırmış. Amma Utriq özü məşqçilər heyətinə yaxınlaşaraq "Mən meydanda, komandamın yanında olmaq istəyirəm. Bu, zədəmin ağırlaşması bahasına olsa da belə" deyib.

Sonda arzusuna çataraq meydana çıxan və ən yaxşı oyunlardından birini keçirən braziliyalı komandasının qələbəsində önəmli rol oynayıb.

Hazırkı "Qəbələ"nin ən böyük fərqi məhz budur.

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti