Elmar Baxşıyevin gözü qara deyil?

6 Dekabr 2021 14:20 Qəbələ 514
Elmar Baxşıyevin gözü qara deyil?

“Qəbələ”nin büdcəsi digər 7 klubun hamısından azdır, yəqin ki.

Amma buna baxmayaraq, kasad maliyyə imkanlarına rəğmən, “Qəbələ” Azərbaycan çempionatında rəqabətədavamlı komanda ola bildi.

Bunda, şübhəsiz ki, baş məşqçi Elmar Baxşıyevin müstəsna xidməti var.

Amma baxıram ki, “Qəbələ”yə əhsən” deyənlər də Baxşıyevin adını çəkmir, xidmətini qabartmırlar.

Amma AFFA-nın komandası “Sumqayıt” bir-iki qələbə qazanan kimi “kasad büdcə ilə möcüzə yaradan Ayxan Abbasov” tərifi aləmə bülənd olur.

Fikir vermişəm, milli komandaya namizədlər arasında mətbuatın “dostu” olanların adları ictimai rəyə ötürülür.

Amma Elmar Baxşıyevin adını çəkən olmur. Elə bil ki, “Qəbələ” məşqçisiz oynayır. Niyə, a balam? Elmar Baxşıyevin gözləri qara deyil?

Sözün düzü, Elmar Baxşıyevlə heç vaxt üz-üzə gəlməmişəm və gözlərinin rəngini də bilmirəm. Amma gərək öyrənəm.

Əgər qara deyilsə, onda taleyi ilə barışmağı tövsiyə edəcəyəm ona.

Natiq

Digər Xəbərlər
Xəbər Lenti