"Qəbələ"nin şansı var ki...

5 Dekabr 2021 13:20 Qəbələ 316
"Qəbələ"nin şansı var ki...

Tiflis şəhərində keçirilən "Dinamo Cup" beynəlxalq turniri davam edir.

Sportinfo.az xəbər verir ki, “Qəbələ”nin U-16 komandası dünən daha iki oyun keçirib.

Litvanın “Ateitis” klubu üzərində böyükhesablı qələbə qeydə alınıb - 4:1. İkinci görüşdə meydan sahibi “Dinamo”ya uduzan (0:3) Sərdar Qafarovun komandası ilkin mərhələdə 3 xalla 3-cü yeri tutub.

İlk iki pillədə olan “Dinamo” (9 xal) və “Riqa” (4 xal) final, “Qəbələ” ilə “Ateitis” (1 xal) üçüncü yer uğrunda oyuna çıxacaqlar.

Əlavə edək ki, "Qəbələ" yarışın ilk günündə "Riqa" (Latviya) klubuna 2:3 hesabı ilə məğlub olub.

Yarış 2006-cı il təvəllüdlü futbolçular arasında keçirilsə də, reqlamentə əsasən, hər komanda avqustdan sonra doğulmuş 3 2005-ci il təvəllüdlü futbolçunu heyətinə qata bilər. “Qəbələ”də iki belə futbolçu var.

Digər Xəbərlər
Xəbər Lenti