Kəmaləddin Heydərovun oğlu "Qəbələ"nin gələcəyini necə görür?

5 Dekabr 2021 14:40 Qəbələ 1 742
Kəmaləddin Heydərovun oğlu "Qəbələ"nin gələcəyini necə görür?

«Qəbələ» bir sıra yeni layihələr həyata keçirəcək. Bu, klubun fəxri prezidenti Tale Heydərovun planıdır.

Yaxınlarda Qəbələyə səfər edən iş adamı mövcud futbol infrastrukturu ilə yaxından maraqlanıb.

O, əyalət təmsilçisinin gələcəyinin uşaq futbolundan asılı olduğunu, bu səbəbdən akademiyanın fəaliyyətrinin gücləndirilməsinin vacibliyini qeyd edib.

Heydərov burada çalışan məşqçi və texniki personalın əməkhaqqısının artırılması, həmçinin baza və meydançaların saxlanılması üçün tədbirlər görüləcəyini söyləyib.

Başqa sözlə, 2019-cu ilin əvvəlində prezidenti postundan gedən Kəmaləddin Heydərovun oğlu atdığı son addımlarla camiəni sevindirib

Komandanın Premyer Liqada uğurlu mövsüm keçirməsindən ruhlanan fövqəladə hallar nazirinin böyük övladı akademiyaya əlavə sərmayə yatıracağını bildirib.

Uşaq futbolunu daha da inkişaf etdirməli olduqlarını söyləyən T.Heydərov onu da diqqətə çatdırıb ki, «Qəbələ»yə əlavə sponsorların cəlb olunmasına çalışır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti