"Qəbələ" üçün təhlükəli olan odur ki..." - AÇIQLAMA

2 Dekabr 2021 23:40 Qəbələ 654
"Qəbələ" üçün təhlükəli olan odur ki..." - AÇIQLAMA

"Mənim üçün "Qəbələ" surpriz komanda deyil. Əksinə, öz ənənəsi olan klubdur. Ötən il mən orda olanda da komandada müsbət oyunun cizgiləri görsənirdi".

Bunu Sportinfo.az-a açıqlamasında "Qəbələ"nin hazırkı mövsüm uğurlu çıxışına münasibət bildirən "PRO" kateqoriyalı məşqçimiz Azər Bağırov deyib.

Ötən mövsüm bölgə klubunun məşqçilər heyətində yer alan sabiq "Qəbələ"li, Elmar Baxşıyevin yetirmələrinin uğurunun sirrini belə izah edib: "Mənim üçün hazırkı "Qəbələ"nin uğurlarının açarı klub rəhbərliyi və təbii ki, baş məşqçi Elmar Baxşıyevdir. Seleksiya işin aparanlar, komandanı oyuna hazırlayanlar bu gün böyük işlər görürlər. "Qəbələ" həm də ona lazım olan yaxşı yerlilərdən təşkil olunub. Bir-birini tamamlayan futbolçulardı".

Gənc mütəxəssis uğurlu çıxışın fonunda narahatlıq yaradan məqama da toxunub: "Bu gün "Qəbələ" üçün təhlükəli olan odur ki, ehtiyat qüvvə çox azdı. Qış fasiləsində mənə görə komanda öz sıralarını bir qədər genişləndirməlidir. Deməzdim ki, maliyyə baxımından vəziyyət çox aşağıdır. Əksinə, bu gün lazım olan stabillik var və lazım olan xətti ilə gedir".

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı