"Qəbələ" şərti şumda kəsdi, 1 milyonun müjdəsini verdi

2 Dekabr 2021 14:40 Qəbələ 1 418
"Qəbələ" şərti şumda kəsdi, 1 milyonun müjdəsini verdi

«Qəbələ» rəhbərliyi futbolçuları motivasiya edəcək növbəti qərarını açıqlayıb.

Bu, birbaşa avrokuboklarla bağlıdır: əgər komanda mövsümün sonunda qitəmiqyaslı yarışlara vəsiqə əldə edərsə, UEFA-nın ödəyəcəyi məbləğ əməkhaqlarının və mükafatların artırılmasına sərf olunacaq.

Əyalət təmsilçisinin Premyer Liqada işləri hazırda öz qaydasında gedir. «Qırmızı-qaralar» bu mənada bütün proqnozsevərləri təəccübləndirməyi bacarıb.

Geridə qalan 12 tur ərzində 22 xal toplayan komanda «Zirə» ilə bərabər turnir cədvəlinin 2-3-cü pillələrini bölüşdürür.

«Qəbələ» gələn yay avrokubok iştirakçıları arasına düşərsə, Konfrans Liqasında mübarizə aparacaq. Belədə isə UEFA-dan klubun hesabına köçürüləcək minimum məbləğ 1 milyon manat təşkil edəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"