Elxan Məmmədov ona gileylənən “Qəbələ”nin baş mşqçisinə nə məsləhət verdi?

1 Dekabr 2021 16:00 Qəbələ 1 220
Elxan Məmmədov ona gileylənən “Qəbələ”nin baş mşqçisinə nə məsləhət verdi?

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov “Qəbələ”nin cari mövsümdəki çıxışını diqqət mərkəzində saxlayır.

O, bu barədə əyalət təmsilçisinin baş məşqçisi Elmar Baxşıyevlə görüşündə bildirib.

Millinin Qətərlə keçiridyi yoxlama görüşündən (2:2) sonra klub təmsilçiləri ilə bir araya gələn federasiya rəsmisi komandanın oyunlarını yaxından izlədiyini söyləyib.

Baxşıyev söhbət əsnasında üzləşdiyi problemlər barədə danışıb, zədəli və cəzalı futbolçuların çoxluğundan gileylənib.

O, düşərgədəki oyunçuların sayının kifayət qədər olmadığını, əlavə maliyyə dəstəyinə ehtiyac duyduqlarını qeyd edib.

E.Məmmədov “Qəbələ”nin çalışdırıcısına 8 legionerlə mövsümü davam etdirdiklərini xatırladıb və komandada daha çox yerli gənclərə güvənməyi məsləhət görüb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti