Tale Heydərov "Qəbələ"ni yenidən şəxsi nəzarətinə götürdü, ilk məqsədi bilindi

30 Noyabr 2021 14:40 Qəbələ 2 192
Tale Heydərov "Qəbələ"ni yenidən şəxsi nəzarətinə götürdü, ilk məqsədi bilindi

«Qəbələ»nin fəxri prezidenti Tale Heydərov klubun gündəlik həyatı ilə yaxından maraqlanmağa başlayıb.

2019-cu ilin əvvəlində prezidenti postundan gedən Kəmaləddin Heydərovun oğlu atdığı son addımlarla camiəni sevindirib

. Komandanın Premyer Liqada uğurlu mövsüm keçirməsindən ruhlanan fövqəladə hallar nazirinin böyük övladı akademiyanın fəaliyyətini yenidən şəxsi nəzarətinə götürüb.

O, klub rəsmiləri ilə söhbətində bu sahəyə əlavə sərmayə yatıracağını bildirib.

Uşaq futbolunu daha da inkişaf etdirməli olduqlarını söyləyən T.Heydərov onu da diqqətə çatdırıb ki, «Qəbələ»yə əlavə sponsorların cəlb olunmasına çalışır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti