Qəbələdəki davanın ŞOK SƏBƏBİ üzə çıxdı – Özü hər şeyi ”Sportinfo”ya açıqladı

17 Oktyabr 2021 15:00 Qəbələ 2 129
Qəbələdəki davanın ŞOK SƏBƏBİ üzə çıxdı – Özü hər şeyi ”Sportinfo”ya açıqladı

Dünən Premyer Liqanın 7-ci turu çərçivəsində baş tutan “Qəbələ” - “Zirə” qarşılaşmasının (1:1) sonunda yaşanan qarşıdurma 90 dəqiqə ərzində baş verənləri unutdurdu.

Adi epizodların birində meydan sahiblərinin futbolçusu Ehtiram Şahverdiyevlə qonaqların yunan oyunçusu Dimitrios Çantakias arasında nə baş verdisə, “Qəbələ”li özündən çıxdı.

Ehtiram öncə rəqibinə kəllə atdı, qırmızı vərəqə aldığını görüncə isə, bir az da özündən çıxdı.

Tək futbolçular yox, zirəlilərin baş məşqçisi Rəşad Sadıqovla Elmar Baxşıyevin köməkçisi Rasim Ramaldanov araya girməklə hadisəyə vaxtında müdaxilə etməyi bacardı. Əks halda, gözü qızmış Şahverdiyevin qarşısını almaq mümkün olmayacaqdı.

Məsələnin izinə düşüb olayın hardan qaynaqlandığını öyrənməyə çalışdıq. Daha doğrusu, öyrəndik.

Ehtiram Sportinfo.az-a verdiyi açıqlamada Çantakiasın üzünə tüpürdüyünü dedi:

“Top uğrunda mübarizədə Çantakiasın ayağına dəymişdim. O da buna görə etirazını bildirdi. Ondan aralaşanda üzümə tüpürdü.

Buna görə də özümdən çıxdım. Baş-başa gələndə, özünü yer atdı. Halbuki başım üzünə dəyməmişdi. Etdiyinin qarşılığında özümü saxlaya bilməzdim. Ona görə də cavabını verdim”.

Şahverdiyev oyundan sonra “Zirə”nin legioneri ilə görüşüb danışdıqlarını və yunanıstanlının səhvini başa düşdüyünü, ondan üzr istədiyini də sözlərinə əlavə etdi.

Digər Xəbərlər
Xəbər Lenti