“Qəbələ” yeni legionerlə bağlı ilkin qəraını verdi

14 Oktyabr 2021 21:00 Qəbələ 770
“Qəbələ” yeni legionerlə bağlı ilkin qəraını verdi

“Qəbələ”ylə “Neftçi” arasında oktyabrın 9-da baş tutan yoldaşlıq görüşündə (1:1) bölgə təmsilçisinin heyətində iki yeni futbolçu gözə dəydi.

Biri köhnə-yeni transfer Fernan Lopez idisə, digəri “Qəbələ-2”nin heyətində gördüyümüz Munaçi Okvaraydır.

Baş məşqçi Elmar Baxşıyev ispaniyalıdan fərqli, nigeriyalı yarımmüdafiəçini sınamaq üçün meydana buraxmışdı. Ki, güclü rəqiblə oyunda nəyə qadir olduğunu görsün.

Gənc mütəxəssis Munaçinin futbolçu keyfiyyətlərini həm yoldaşlıq görüşündə gördü, həm də iki həftəlik hazırlıq prosesində. Lakin hansı qərar verdiyini bilmirik.

Eə bu məqsədlə Elmar bəyi arayıb nigeriyalı gənclə bağlı düşüncələrini soruşduq:

“Munaçi hələ ki, əsas komanda ilə məşq edir. Bundan sonra da bizimlə olacaq.

Futbolçu var ki, bacarığını 3 gündə göstərir, futbolçu var. 15 gün çalışır.

Ona görə də qərar verməkdə tələsmək istəmirik. Amma oyun təcrübəsindən əziyyət çəkməməsi üçün qarşıdakı turlarda “Qəbələ-2”də oynayacaq.

Sonrasına baxacağıq”.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti