“Qəbələ”yə dönən legioner: “Orada qalmağımın mənası yox idi”

12 Oktyabr 2021 10:40 Qəbələ 620
“Qəbələ”yə dönən legioner: “Orada qalmağımın mənası yox idi”

2019/2020-ci il mövsümünü “Qəbələ”də keçirən Fernan Lopes ötən ilin yayında “Yagelloniya”dan aldığı təklifi müsbət dəyərləndirib Polşaya üz tutmuşdu.

Lakin orada olduğu müddətdə əsas heyət üzvünə çevrilməkdə çətinlik çəkincə, yayda buranı nı tərk etməyi lazım bildi.

İspaniyalı yarımmüdafiəçi Sportinfo.az-a açıqlamasında buna aydınlıq gətirib:

“Yadınızdadırsa, ötən mövsüm yarımçıq dayandırılmışdı deyə, martdan sonra futbol oynamamışdım. “Yagelloniya”ya qoşulanda 6 ay məşqsiz idim.

Startda müəyyən çətinliklər olsa da, tədricən formamı bərpa etməyi bacardım. Qış fasiləsindən sonra daim şans qazanırdım.

Lakin komandanın nəticələri ürəkaçan deyildi. Belədə çempionatın başa çatmasına 1 ay qalmış məşqçi dəyişikliyi oldu. Yeni gələn baş məşqçi isə məni oynatmadı. Belədə, orada qalmağımın mənası yox idi”.

26 yaşlı legionerin Qəbələnin eyniadlı təmsilçisinə dönüşü azad agent qismində gerçəkləşib. Onunla mövsümün sonuna qədər müqavilə imzalanıb.

Feran bu komandada keçirdiyi 22 oyunda 3 qol vurub, 5 məhsuldar ötürmə verib.

“Selta”nın yetirməsi olan Lopes 2011-14-cü illərdə B komandasında oynayıb. O, karyerası ərzində “Kompostela”, “Çoko”, “Ximnastika Seqoviana” və “Barakaldo” klublarının da formasını geyinib.

2020/21 mövsümündə Polşa təmsilçisi “Yagelloniya”da çıxış edib. O, bu komandada 11 matçda şans qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı