“Qəbələ”nin yeni transferi ilə bağlı MÜƏMMAYA SON!

11 Oktyabr 2021 15:00 Qəbələ 1 297
“Qəbələ”nin yeni transferi ilə bağlı MÜƏMMAYA SON!

Məlum olduğu kimi, "Qəbələ" sabiq legioneri Fernan Lopesi geri qaytarıb.

26 yaşlı yarımmüdafiəçinin dönüşü azad agent qismində gerçəkləşib.

İspaniyalı daha əvvəl "Qəbələ"nin formasını 2019/2020 mövsümündə geyinib.

26 yaşlı prineyli ilə mövsümün sonuna qədər müqavilə imzalanıb. O, bu komandada keçirdiyi 22 oyunda 3 qol vurub, 5 məhsuldar ötürmə verib.

“Selta”nın yetirməsi olan Lopes 2011-14-cü illərdə B komandasında oynayıb. O, karyerası ərzində “Kompostela”, “Çoko”, “Ximnastika Seqoviana” və “Barakaldo” klublarının da formasını geyinib.

2020/21 mövsümündə Polşa təmsilçisi “Yagelloniya”da çıxış edib. O, bu komandada 11 matçda şans qazanıb.

Fernanın aylıq qazancı 5000 dollar deyil, 8000 dollar təşkil edəcək. Bu barədə redaksiyamıza onunla münasibəti olan menecerlərdən biri məlumat verib.

Onun sözlərinə görə, ispanın Azərbaycana dönüşü 1 ay öncə gündəmə gəlib, sadəcə, müqavilə şərtlərində ortaq məxrəcə gəlmək vaxt aparıb.

O da bildirilib ki, Fernanın əməkhaqqısı AFFA tərəfdən kluba ayrılan büdcədən ödəniləcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"