"Onların yoxluğuna üzülürəm"

8 Oktyabr 2021 13:20 Qəbələ 955
"Onların yoxluğuna üzülürəm"

“Qəbələ” mövsümün əvvəlində gözlənilməz itkilərlə üzləşdi. Komandanın iki aparıcı üzvü – müdafiəçi Rüfət Əhmədovla yarımmüdafiəçi Yaovi Akakpo zədələnərək əməliyyat masasına uzanmaq məcburiyyətində qaldı.

Heç şübhəsiz, məlum durum “qırmızı-qaralar“ın planlarına ciddi mənada təsir edib. Maraqlıdır, belə vəziyyətdə baş məşqçi nə etməyi düşünür?

Elmar Baxşıyevin bu haqda Sportinfo.az-a dedikləri: “Bəli, Rufətlə Yaovinin zədələnməsi planlarımıza təsir etdi. Çünki yayboyu oyunumuzu onların üzərində qurmuşduq.

Hər ikisi də yaxşı formadaydı. Təbii ki, onların zədələnməsinə və yoxluğuna üzülürəm. Amma nə etməli, futboldur, bəzən belə itkilər qaçılmaz olur.

Güclənməyə gəlincə, çox güman, yeni transferlə bağlı məlumat veriləcək”.

Digər Xəbərlər
Xəbər Lenti