Azərbaycan klubu keçmiş legionerini geri qaytardı

8 Oktyabr 2021 11:40 Qəbələ 1 952
Azərbaycan klubu keçmiş legionerini geri qaytardı

2019/2020 mövsümünün sonunda "Qəbələ"dən ayrılmış Fernan Lopes yenidən Azərbaycana qayıdıb.

Sportinfo.az-ın məlumatına görə, ispaniyalı yarımmüdafiəçi yenidən qırmızı-qara formanı geyinəcək.

Bölgə təmsilçisi adıçəkilən legionerlə mövsümün sonunadək müqavilə imzalayıb.

26 yaşlı oyunçu ötən ilin yayında "Qəbələ"dən ayrılandan sonra Polşaya - "Yagelloniya"ya üz tutmuş və 1+1 illik müqaviləyə imza atmışdı. İndi isə Belostok təmsilçisindən sərbəst agent olaraq ayrılıb.

Fernan "Qəbələ"nin heyətində 3 qol vurub və 5 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti