Bu avtomobili ona Tale Heydərov hədiyyə edib - FOTO

7 Oktyabr 2021 15:00 Qəbələ 987
Bu avtomobili ona Tale Heydərov hədiyyə edib - FOTO

Xəbər verdiyimiz kimi, “Qəbələ” İdman Klubunun prezidenti Fariz Nəcəfov MMA döyüşçüsü Nəriman Abbasov və məşqçisi Şəhriyar Abbasovla görüşüb.

Görüşdə onun tanınmış döyüşçü Həbib Nurməhəmmədovun atası Abdulmanap Nurməhəmmədovun xatirəsinə həsr olunan turnir çərçivəsində rusiyalı Şamil Zavurovla keçirdiyi döyüş barədə fikir mübadiləsi aparılıb.

FOTO -

Nəcəfov Rusiyanın paytaxtı Moskvada keçirilən görüşün birinci raundunda nokautla qalib gələrək çempion titulunu qoruyan 27 yaşlı idmançını təbrik edib.

Görüşdə Abbasovun gələcək döyüşləri barədə müzakirələr aparılıb. Klub prezidenti ona uğurlar arzulayıb. Nəriman Abbasovla məşqçisi Şəhriyar Abbasova klubun hədiyyələri təqdim olunub.

Fariz Nəcəfov Nəriman Abbasovla görüşdü

Konkret desək, N.Abbasova avtomobil verilib. Maşınıın alınması üçün sərf olunan vəsaiti “Qəbələ”nin fəxri prezidenti Tale Heydərov qarşılayıb.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu MMA döyüşçüsünün karyera yolunun dəstəklənməsi məqsədilə kluba xüsusi tapşırıq da verib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti