Almaniyaya gedən "Qəbələ"lidən xəbər var - FOTO

7 Oktyabr 2021 09:40 Qəbələ 1 024
Almaniyaya gedən "Qəbələ"lidən xəbər var - FOTO

U-21 yığmasının və "Qəbələ"nin zədəli müdafiəçisi Rüfət Əhmədovun bir neçə gün əvvəl Almaniyaya getməsini xəbər vermişdik. Nəhayət gənc futbolçunun əməliyyatı baş tutub.

Premyer Liqanın ikinci turunda "Keşlə" ilə keçirilən görüşün (2:1 )son dəqiqələrində zədə alan gənc oyunçu AFFA-nın dəstəyi ilə Münhen klinikalarının birində diz bağlarından əməliyyat olunub.

Gənc futbolçunun aldığı zədə səbəbindən mövsümü erkən başa vurduğu deyilsə də, bu, belə deyil.

Həkimlər onun daha tez yaşıl meydanlara qayıdacağını bildirib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti