Əliyar Ağayev “Qəbələ”nin haqqını necə “yeyib”? - VİDEO

6 Oktyabr 2021 19:40 Qəbələ 2 119
Əliyar Ağayev “Qəbələ”nin haqqını necə “yeyib”? - VİDEO

“Qəbələ” Premyer Liqann 6-cı turunda “Qarabağ”ın qonağı oldu.

Suraxanıda qarşı-qarşıya gələn iki əyalət təmsilçisinin duelində 2:0 hesabı qeydə alındı.

Beləcə, “qırmızı-qaralar” mövsümün ilk məğlubiyyətini aldı. Ağdam klubundan Abdullah Zubirlə Ramil Şeydayev fərqləndi.

“Qəbələ” oyunun idarəçiliyindən narazı qalıb. Xüsusən ikinci qola görə.

Təqdim etdiyimiz videodan görünür ki, “Qarabağ”ın hesabı artırdığı 66-cı dəqiqədə Əliyar Ağayev və köməkçiləri iki kobud səhvə yol verib.

Referi öncə meydanın mərkəzinə yaxın sahədə “Qəbələ”nin futbolçusuna qarşı kobudluğa göz yumub, ardınca təşkil olunun əks-hücumda künc zərbəsi təyin olunub.

Halbuki top məhz ev sahiblərindən kornerə çıxmışdı və “qırmızı-qaralar” qapıçı vuruçu ilə topu meydana daxil etməli idi.

Çünki Filip Ozobiçin zərbəsindən sonra top qapıçı Nicat Mehbalıyevə toxunmamışdı.

Əliyar Ağayevin səhvindən sonra

Bildiyimizə görə, “Qəbələ” Ağayevin idarəçiliyindən hələ AFFA-ya şikayət məktubu göndərməyib. Bu da sırf “Qarabağ”ın adına görə.

Sadəcə, gözlənilir ki, adıçəkilən hakimin bir də onların oyunlarına təyinat almamasını federasiyadan xahiş etsinlər. Çünki onlara görə, Əliyar Ağayev özünü II Xaqanı Məımmədov kimi aparır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti