"Almaniyadan bizə bildirildi ki, ən azı 2..." - "Qəbələ"dən AÇIQLAMA

5 Oktyabr 2021 16:00 Qəbələ 888
"Almaniyadan bizə bildirildi ki, ən azı 2..." - "Qəbələ"dən AÇIQLAMA

Premyer Liqanın ikinci turunun "Keşlə" ilə baş tutan matçında ağır zədələnən "Qəbələ"nin müdafiəçisi Rüfət Əhmədovun Almaniyada əməliyyat olunmalı olduğunu xəbər vermişdik.

Aradan bir aya yaxın vaxt keçsə də "Qəbələ"nin müdafiəçisi hələ də əməliyyat olunmayıb.

Sportinfo.az-a açıqlamasında "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev gecikmənin səbəbini belə izah edib:

"Bildiyiniz kimi, Rüfət zədələndiyi ərəfədə koronavirusa yoluxmuşdu. Almaniyadan bizə bildirildi ki, ən azı 2 həftə gözlənilməsi məsləhətdir.

Çünki gənc futbolçuda virusun hər hansı simptomları qalmasın. Gecikmə bu səbəbdən oldu. Rüfət artıq 2-3 gündü Almaniyadadır. Yaxın günlərdə əməliyyat olunacaq".

Əvvəldən xəbər verdiyimiz kimi milli komandamızın da üzvü olan gənc futbolçunun müalicəsinin xərcləri AFFA tərəfindən qarşılanacaq.

Digər Xəbərlər
Xəbər Lenti