Əvvəlki "Qəbələ" ilə indiki "Qəbələ"nin nə fərqi var?

5 Oktyabr 2021 09:40 Qəbələ 753
Əvvəlki "Qəbələ" ilə indiki "Qəbələ"nin nə fərqi var?

İlk 5 həftədə məğlubiyyət üzü görməyən «Qəbələ» mövsümün ən ciddi ikinci imtahanını Suraxanıda verdi.

Birincisi elə açılış turunda olmuşdu və onda «Neftçi» səfərindən əzmkarlıqla qazandığı 1 xalla dönmüşdülər

«Qəbələ» həmin mübarizliyini, bəlkə daha artığını «Qarabağ»a da göstərdi. Konfrans Liqasında «Omoniya»ya «qan uddurmuş» rəqibi 52 dəqiqə gözlətmək elə-belə məsələ deyil, balaca iş kimi görünməməlidir.

11 nəfərin 11-i də meydanda can qoydu, çempionluğa ən potensial namizəd göstərilən «Qarabağ»ın əsəblərini tarıma çəkdilər.

Bunu iki amilin hesabına etdilər: düzgün taktiki gedişlər və fədakarlığın.

«Qəbələ» ənənəvi oyun modelindən imtina etməsəydi, hələ ilk hissədə qapısında bir neçə qol görəcəkdi. Açıq futbol onları fəlakətə aparacaqdı.

Belə etmədilər, reallığını qiymətləndirdilər, qapandılar. Sözdə yox, əməldə. Bir-birlərini sığortaladılar.

Bir nəfər iki nəfərin əvəzinə qaçırmış kimi oynadı. Hücumçular yarımmüdafiəçi, yarımmüdafiəçilər müdafiəçi kimi çıxış etdi, açıq zona buraxmadılar.

İrəli bir açılıb, bir də arxaya çəkildilər. Kompakt futbol sərgilədilər, «Qarabağ»lı həmkarlarının «ayağına oturdular», başlarının üstünü vaxtında aldılar, çox da göz açdırmadılar.

Keçənilki «Qəbələ»də bu, çatışmırdı. Hesabda geri düşsələr də, ruhdan düşmədilər, status-kvonu bərpa eləmək imkanıı əldə etdilər.

Rafael Utrix bir metrdən topu qapının üstündən vurmasaydı, oyunun sonluğu dedektiv film kimi alınacaqdı.

«Qəbələ» futbolçuların fərdi ustalığında yenik düşən tərəf oldu.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti