4 il keçdi, “Qəbələ” bu günü də gördü - FANTASTİK İRƏLİLƏYİŞ

4 Oktyabr 2021 21:20 Qəbələ 1 059
4 il keçdi, “Qəbələ” bu günü də gördü - FANTASTİK İRƏLİLƏYİŞ

“Qəbələ” cari Azərbaycan Premyer Liqasında adından söz etdirməkdədir.

Bölgə təmsilçisi keçirdiyi 6 oyunun 3-nü qalib başa vurub, 2-də heç-heçə edib və yalnız çempionatın aşkar favoriti “Qarabağ”a məğlub olub.
6 turdan sonra 11 xallıq başlanğıcı son illər üçün fantastik hesab edə bilərik.

İş burasındadır ki, “qırmızı-qaralar” bundan öncəki 3 çempionata olduqca uğursuz başlamışdı. 6 oyundan sonra xal toplamı aşağıdakı kimiydi:

2018-19 5 xal
2019-20 1 xal
2020-21 4 xal

“Qəbələ”nin sonuncu uğurlu startı klub tarixinin ən yaxşı dönəmlərindən birinə - 2017-18 mövsümünə təsadüf edir.

Həmin vaxt komandanın baş məşqçisi Roman Qriqorçuk, futbolçuları isə Filip Ozobiç, Stiven Jozef-Monroz, Voislav Sankoviç, Baqali Dabo, Dmitri Bezotosnı kimi legionerlər, Təmkin Xəlilzadə, Cavid Hüseynov, Elvin Məmmədov, Elvin Camalov, Ruslan Qurbanov kimi tanınmış yerlilər idi.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti